Dənizə tullantı atan istirahət mərkəzlərinə qarşı reydlər davam edəcək


Digərləri 27 İyl 2018 14:33:00 266 0

Dənizə tullantı atan istirahət mərkəzlərinə qarşı reydlər davam edəcək

Xəzər dənizini çirkləndirənlərə qarşı sərt tədbirlər görüləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov mətbuat konfransında deyib.

O bildirib ki, Xaçmaz rayonunun sahil zolağında keçirilən reyd zamanı qanunsuzluqlar aşkarlanıb: "Sahil zolağında yerləşən "Bulaq", "Panorama" , "Raduqa", "Venesiya" və digər istirahət mərkəzləri məişət tullantılarını ətraf ərazilərdə qalaqlayıblar. Bir sıra istirahət mərkəzləri isə tullantıları Xəzər dənizinə atıb. Belə mərkəzlər ümumilikdə 12 500 manat məbləğində cərimələnib. Bu reydlər davam etdiriləcək".