Ekologiya və təbii sərvətlər naziri Şabranda vətəndaşları qəbul edib


Digərləri 27 İyl 2018 12:17:00 225 0

Ekologiya və təbii sərvətlər naziri Şabranda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Şabranda vətəndaşları qəbul edib

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən iyulun 27-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şabran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarının vətəndaşlarını qəbul edib. Qəbuldan əvvəl nazir Muxtar Babayev və Şabran Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.