Damcılı mağarasında yaponlarla birgə tədqiqatlara başlanılıb FOTO


Digərləri 27 İyl 2018 11:58:00 295 0

Damcılı mağarasında yaponlarla birgə tədqiqatlara başlanılıb  FOTO

Avey Dövlət Tarix Mədəniyyət qoruğu ərazisindəki - Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığında yerləşən Damcılı mağara düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlara başlayıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Son.az-a verilən məlumata görə, aparılan tədqiqatlar nəticəsində burada orta əsrlər, tunc, xalkolit, neolit, mezolit və orta paleolit təbəqələri ardıcıl olaraq aşkarlanıb.

Qeyd edək ki, Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış mezolit təbəqəsi qeydə alınıb. Bu tədqiqatın əsas məqsədi regionda neolit dövrü mədəniyyətinin mənşəyi məsələsinin aydınlaşdırılmasıdır. Belə ki, Damcılı düşərgəsində toxunulmamış mezolit mədəni təbəqəsinin aşkar olunması Azərbaycan ərazisində neolit mədəniyyətinin (əsasən Şomutəpə mədəniyyətinin) kənar mədəni təsirlərin və regiona Ön Asiyadan miqrasiyanın dinamikasında məhz yerli mezolit mədəniyyəti əsasında inkişaf etməsi barədə fikir yürütməyə əsas verir.


Xəbərə aid fotolar