"Belə axmaq iddiaları müzakirə etmək belə, gülməlidir"


Digərləri 27 İyl 2018 11:33:08 264 0

"Belə axmaq iddiaları müzakirə etmək belə, gülməlidir"

Fransa prezidenti Emmanuel Makron onunla sabiq cangüdəni Aleksandr Benalla arasında guya "çox məhrəm münasibətlər"in olması barədə iddiaları "axmaqlıq" adlandırıb.

Son.az European-a istinadən bildirir ki, mayın 1-də Parisin Latın Məhəlləsində etiraz aksiyası keçirənlərə hücum edən, başında dəbilqə olan Benalla bir neçə nəfərə zorakılıq tətbiq etmiş, bir qadını sürümüşdü.

Olayın videokadrları yayılandan sonra 26 yaşlı A.Benalla Fransa prezidentinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb, həbs olunub.

Fransa prezidenti Emmanuel Makron ölkə parlamentinin deputatları ilə görüşündə Aleksandr Benalla ilə bağlı belə demişdi:

"Fransa heç bir vəchlə nifrət respublikasına, baş verənlərdə günahkar kimi qələmə verilən insanlarla haqq-hesab çəkilməyə can atılan ölkəyə çevrilməməlidir. Onlar cavabdeh, günahkar axtarırlar. Yeganə günahkar mənəm. Kimə gərəkdirsə, yanıma gəlsinlər. Fransa xalqına cavab verəcəyəm. Mayın 1-də baş verən hadisəni isə xəyanət sayıram. Benallaya inanan mən idim. Və mən də ona qarşı cəzalara sanksiya verdim. Ətrafımdakı insanlardan, hakimiyyətdəki şəxslərdən kimsəyə mövcud qanunları pozmaq haqqı verilməyib. Ətrafımdakı insanlar arasında kimsə kiminsə himayəsindən istifadə etməyib".


Xəbərə aid video


Xəbərə aid fotolar