Xırdalanda 26 yaşlı şəxs damarlarını kəsərək özünü 8ci mərtəbədən atdı


Digərləri 27 İyl 2018 11:20:00 273 0

Xırdalanda 26 yaşlı şəxs damarlarını kəsərək özünü 8ci mərtəbədən atdı

Abşeronda iyulun 26-da baş verən intihar hadisəsinin bəzi detalları məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, araşdırmalar nəticəsində "Kristal Abşeron" yaşayış kompleksində özünü 8-ci mərtəbədən ataraq intihar edən şəxsin Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Tural Ramiz oğlu Nağıyev olduğu müəyyən edilib. T.Nağıyev həmin binada kirayədə yaşayırmış. O, əvvəlcə ülgüclə damarlarınıı doğrayıb, sonra binadan özünü aşağı atıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.