Marseille klubuna ciddi cəzaq kəsilib


İdman 27 İyl 2018 11:23:00 264 0

Marseille klubuna ciddi cəzaq kəsilib

Marseille UEFA tərəfindən cəzalandırılıb. Goal.az xəbər verir ki, Avropa Liqasının ötən mövsüm keçirilən oyunları zamanı azarkeşlərin yol verdiyi hərəkətlər "provanslar"a baha başa gəlib. Klub şərti olaraq bir mövsümlük Avrokuboklardan kənarlaşdırılıb. Komandaya 2 illik sınaq müddəti tətbiq ediləcək. Bu müddətdəki qayda pozuntusu həmin cəzanı aktivləşdirəcək. “Velodrom”dakı növbəti avrokubok matçına komanda azarkeşlərsiz çıxacaq. 100 min avro cərimə ödəməli olan Marseille Avropa Liqasının finalında Lyon stadionuna vurulan ziyanı da qarşılaşamalıdır.