Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb


İdman 27 İyl 2018 11:05:00 227 0

Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Goal.az xəbər verir ki, Fərid Cəlalov Avropa çempionatının seçmə mərhələsi üçün 18 oyunçu sifariş edib. Son yarışlarla müqayisədə komandada ciddi dəyişiklik edilməyib. Ruslan Əliyevlə Vüsal Rüstəmov yenidən düşərgəyə qoşulduğu halda, Yaroslav Rudix komandadan kənar qalıb.

Yığmamızın heyəti

Toppaylayıcılar: 2. Tural Həsənli, 13. Aleksey Çervyakov, 21. Vüsal Rüstəmov

Blokçular: 6. Elmin Alışanov, 10. Dmitri Obodnikov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov

Hücumçular: 1. Vüqar Bayramov, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 17. Andrey Vasilenko, 20. Ruslan Əliyev

Liberolar: 7. Emil Abdullayev, 11. Asif Əliyev, 19. Kənan Allahverdiyev

Millimiz Avropa çempionatının seçmə mərhələsinin G qrupunda Yunanıstan, İsveç və Lüksemburqla oynayacaq.