TREND-in Baş direktorunun müavini Respublika Veteranlar Təşkilatı tərəfindən medalla təltif olunub (FOTO)


Digərləri 27 İyl 2018 10:19:00 308 0

TREND-in Baş direktorunun müavini Respublika Veteranlar Təşkilatı tərəfindən medalla təltif olunub (FOTO)

TREND İnformasiya Agentliyində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə görüş keçirilib.

Bakı. TREND İnformasiya Agentliyində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində TREND-in Azərbaycan və Dağlıq Darabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri olduğu xüsusilə vurğulanıb. Sonra TREND İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti tərəfindən təsis edilmiş medalla təltif olunub. Medalı Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təqdim edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin