Baş nazirdən elektrik enerjisi haqda qərar


Digərləri 27 İyl 2018 10:09:00 266 0

Baş nazirdən elektrik enerjisi haqda qərar

Nazirlər Kabineti "Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği"ni təsdiq edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qərarda aşağadakılar öz əksini tapıb. 

1. "Məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği" təsdiq edilsin (əlavə olunur). 

2. Bu qərarın 1-ci hissəsində nəzərdə tutulan məişət abonentləri istisna olmaqla, məişət abonentlərinin tələb olunan gücü 150 kVt-a qədər (150 kVt daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği "Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş məbləğlər üzrə aşağıdakı qaydada müəyyən edilir: