Unikal klaviatura yaradılıb


Digərləri 27 İyl 2018 07:55:00 243 0

Unikal klaviatura yaradılıb

Cənubi Koreya mühəndisləri kağız vərəqi kimi əzilən elastik kompüter klaviaturası hazırlayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qeyri-adi elastikliyə malik innovativ qurğunun daha bir fərqli cəhəti onun süni intellektlə təchiz olunmasındadır. Klaviatura əsasını kompüter təlimi alqoritmlərinin təşkil etdiyi analoqu olmayan texnologiya ilə yaradılıb.

"Biz adi rezin klaviaturalarda tətbiq edilən sensorlardan istifadə etməmək və onların əvəzinə süni intellektin gücündən yararlanmaq qərarına gəldik", - deyə Seçjon Universitetinin professoru Son Ki Son bildirib.