Alimlər görmə qabiliyyətinin itirilməsinin qarşısını almağın üsulunu tapıblar


Digərləri 27 İyl 2018 07:41:00 234 0

Alimlər görmə qabiliyyətinin itirilməsinin qarşısını almağın üsulunu tapıblar

Londonun İmperiya və Universitet kolleclərinin tədqiqatçıları kurkumin maddəsinin orqanizmə yeridilməsinin yeni üsulunu işləyib hazırlayıblar. Alimlərin fikrincə, bu üsul qlaukomanın erkən mərhələdə səmərəli diaqnozlaşdırılmasına və müalicə olunmasına kömək edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sarıkökün tərkibindəki bu piqment gözün tor qişasının sinir hüceyrələrini zədələnmədən qoruyur. Əvvəllər tədqiqatçılar hesab edirdilər ki, kurkumini yalnız həb şəklində qəbul etmək olar. Amma bu üsul bir o qədər də səmərəli deyildir, çünki kurkumin qanda yaxşı həll olmur. Bu maddənin yetərincə dozasını əldə etmək üçün insan gündə 24 həb qəbul etməlidir ki, bu da həzm prosesində problemlər yaradır.

Alimlər "nanodaşıyıcı" işləyib hazırlamaqla bu problemi həll ediblər. Nanodaşıyıcının tərkibindəki kurkumin sağlamlıq üçün zərərsiz olan və göz damcılarında istifadə olunan səthi-aktiv maddənin içindədir.