XİN: Türkiyəyə qarşı təhdid dili qəbuledilməzdir


Dünya 27 İyl 2018 07:48:00 288 0

XİN: Türkiyəyə qarşı təhdid dili qəbuledilməzdir

Türkiyəyə əmr etmək və onu hədələməyə heç kimin haqqı yoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy deyib.

Aksoy bildirib ki, Türkiyə qanunun aliliyinin hökm sürdüyü, demokratik ənənələri olan suveren dövlətdir: "Türkiyəyə qarşı təhdid dili qəbuledilməzdir".

XİN rəsmisi qeyd edib ki, Türkiyə bu günə qədər ABŞ-la əlaqələrin yaxşılaşdırılması üçün lazımi siyasi iradə göstərib və ondan tələb olunan hər şeyi edib: "ABŞ hakimiyyəti tərəfindən dostluq və müttəfiqlik münasibətlərinin üzərindən xətt çəkən təhdidlər qəbuledilməzdir".