Azərbaycanda tütün istehsalı xeyli arta bilər – İlin sonunadək (ÖZƏL)


Digərləri 27 İyl 2018 07:40:00 239 0

Azərbaycanda tütün istehsalı xeyli arta bilər – İlin sonunadək (ÖZƏL)

Azərbaycanda tütün istehsalı xeyli arta bilər.

Bakı. Əli Mustafayev - 2018-ci ilin sonunadək Azərbaycanda tütün istehsalının həcmi 30 faiz arta bilər. Bunu Trend-ə Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Telman Həsrətov deyib. T.Həsrətov bildirib ki, tütün yığımına, demək olar, bu yaxınlarda başlanılıb: "Lakin biz artıq ilin sonunadək istehsalatda nəzərəçarpacaq artım gözləyirik. Hazırda daha çox tütün Balakən, Şəki, İsmayıllı, Qəbələ, Lerik və Masallıda istehsal olunur". O qeyd edib ki, Azərbaycan tütününün əsas ixrac istiqamətləri Belarus və Rusiyadır: "Azərbaycanda istehsal olunan tütünün əsas hissəsi daxili bazara gedir". Assosiasiya sədrinin sözlərinə görə, istehsalla yanaşı, 2018-ci ilin sonunadək tütün ixracını da artırmaq planlaşdırılır.