ABŞın neft ehtiyatları azalıb


Dünya 27 İyl 2018 06:30:00 225 0

ABŞın neft ehtiyatları azalıb

ABŞ-ın xam neft ehtiyatları yenidən azalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6,1 milyon barrel (1,5 faiz) azalaraq 404,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,6 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 5,8 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 660 milyon barrel təşkil edib.