Qaraciyəri təmizləyən qidalar


Digərləri 26 İyl 2018 23:35:00 303 0

Qaraciyəri təmizləyən qidalar

Qaraciyərin yenilənməsində sağlam qidalanma böyük əhəmiyyət daşıyır.

Son.az publika.az-a istinadən xəbər verir ki, türkiyəli dietloq Nilay Keçəçi 28 İyul Dünya Hepatit Günü ərəfəsində qaraciyəri yeniləyən və sağlamlığını qoruyan qidaların adlarını açıqlayıb.

Çiy sarımsaq toksinləri xaric edir

Ən yaxşı antioksidant mənbəyi sarımsaq bitkisidir. Sarımsaq qaraciyərin yenilənməsində olduqca əhəmiyyətli rol oynayır. O qaraciyər maddələrini hərəkətə keçirərək toksinlərin bədəndən xaric olunmasını təmin edir. Antioksidant, allisin, vitaminlər və sulfidlə zəngin olan bu bitki qaraciyərin funksiyasını yaxşılaşdıran maddələrin istehsal edilməsinə dəstək olur. Unutmayın ki, çiy sarımsaq bədənə daha güclü təsir göstərir.

Nəzərə almaq lazımdır ki, qaraciyər xəstəlikləri zamanı sarımsaq yemək olmaz!

Avokado

Avokadonun tərkibindəki Omeqa 6 yağları orqanizm üçün ən faydalı yağlardır. Bu yağ qaraciyər yenilənməsini təmin edir. Avokado adətən salatlarda və ya üzərinə limon sıxılaraq yeyilir. Gündə birdən çox avokado yeyilməsi məsləhət deyil. Bədəni sağlam yağ turşuları ilə təmin edən, eyni zamanda da toplanan zərərli yağ turşularını yox edən avokado qaraciyər yağlanmasının qarşısını almaq üçün olduqca effektlidir.

Üzüm çəyirdəyi qaraciyər üçün faydalıdır

Üzüm qaraciyər üçün əvəzolunmaz və təbii məhsuldur. Üzümün həm özü, həm də çəyirdəyi qaraciyər sağlamlığı üçün eyni dərədəcə faydalıdır. Aparılan bir çox araşdırma göstərib ki, üzüm çəyirdəyi qaraciyər xəstəliklərinin müalicəsində müsbət təsirə malikdir. Qaraciyərin başlıca funksiyası bədəni toksinlərdən təmizləmək olsa da, qaraciyərin özünü də təmizləməsi üçün üzümün menyuya daxil olması vacibdir.