Elm dinə rəqib deyildir, dini dərk etmək vasitəsidir


Digərləri 26 İyl 2018 23:20:00 277 0

Elm dinə rəqib deyildir, dini dərk etmək vasitəsidir

İnsan kamala çatmaq üçün İlahi qanunlara tabe olmalıdır. Bu qanun insan həyatını hər bir tərəfdən nurlandırar. Çünki qanunu verən, insana nəyin məsləhət olduğunu yaxşı bilər. Müalicə edən həkim kimi islah və xeyir yollarını bilər və onun üçün qanunlar təyin edər.

Son.az deyerler.org-a istinadən bildirir ki, İlahi din heç bir zaman dəyişməz, məhv olmaz. O zamana qədər ki, dünya var, insan Allahın qanunlarına müticəsinə tabe olmalıdır. Onları səmimi işə salar. Qadağalarından çəkinər. Bütün səyi bu olar ki, bu imtahanda qalib olsun. Çünki yaxşı bilir ki, ancaq bəndəlik yolu ilə səadətə çatmaq olar.

Ağıl bizə təbiətdə yaşamaq gücü verər. Bizi heç bir zaman irəli itələməz, ancaq yolumuzu nurlandırmaqla kifayətlənər.

Biz ağıl qüvvəmizi gücləndirmək üçün səy göstəririk. Ancaq ruhumuzun mənəvi inkişafı Allahı tanımaqdan keçir.

Elm bizi ancaq təbiətdə qalib edir. Lakin iman özümüzə hakim olmağa səbəb olur. İnsanlar imandan uzaq olduqları üçün müdafiəsiz olmuşdurlar. İblis (lən) nökərləri vəhşi heyvanlar kimi küçə və bazarlarda ovlarını güdürlər. Bu işə hər nə qədər müvəffəq olurlarsa, onların tamahları daha da artar.