Günəş paneli sayəsində telefon enerjisiz qalmayacaq


Digərləri 26 İyl 2018 23:10:00 313 0

Günəş paneli sayəsində telefon enerjisiz qalmayacaq

Xarici məkanlarda enerji probleminə həll olaraq incə və yüngül portativ günəş panelləri alternativ daşına bilən enerji cihazı olaraq bazarda yerini alacaq. Ağıllı dizaynıyla indidən lazım olan maliyyənin yarısını yığdı.

Son.az deyerler.org-a istinadən bildirir ki, vaxtının çoxunu səyahət edərək keçirənlər üçün mobil cihazları enerji ilə təmin etmək, yaşanan ən böyük problemlərdən biridir. Bu kiçik portativ günəş panelləri, səyahət əsnasında cihazları enerji ilə təmin etmək üçün məşhur bir variant halına gəlir. Günəş enerjisi cihazı bel çantanızda daşıya biləcəyiniz ağıllı dizayna sahib və uzun davamlı enerji imkanı təmin edir.

Soul Solar Scroll cihazı Kickstarterdə bazara təqdim edildi. Cihazın istehsala keçməsi üçün əldə edilməsi lazım olan maliyyənin haradasa yarısını bir həftə içində yığdı.