İstirahətə gedərkən götürülməli 5 əsas cihaz


Digərləri 26 İyl 2018 23:15:00 236 0

İstirahətə gedərkən götürülməli 5 əsas cihaz

Mütəxəssislər insanın özü ilə məzuniyyətə götürməli olduğu cihazların reytinqini tərtib ediblər.

İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, bu siyahıya 5 "yay" cihazı siyahıya daxil edilib.

Təbii ki, mütəxəssislər birinci yerə smartfonu qoyublar. Artıq bu mobil telefonsuz bir saat belə yaşamaq olmur. İstirahətdə mobil telefonu fotoaparat və naviqator kimi istifadə etmək mümkündür.

Belə məqsədlər üçün "Huawei P20 Lite" və "Samsung Galaxy A6" kimi telefonlar daha uyğun gəlir. Bu cihazlar həcmli akkumulyator ilə təchiz edilib və olduqca çox müddət işləyəcək.