Müasiri imam Rza (ə) haqqında


Digərləri 26 İyl 2018 22:45:00 293 0

Müasiri imam Rza (ə) haqqında

İbrahim ibn Abbas: "Mən imam Rzanın (ə) heç vaxt kiməsə acı bir söz deməsini və ya kiminsə sözü qurtarmamış sözünü kəsməsini görmədim. Əgər kiminsə istəyini yerinə yetirmək imkanı olsaydı heç vaxt onu əli boş qaytarmazdı. Heç vaxt kiminsə yanında ayağını uzatmazdı. Yanında adam olanda söykənməzdi. Heç vaxt qulam və xidmətçilərindən birinə xoşagəlməz bir söz deməsini eşitmədim. Heç vaxt tüpürməsini və ya güləndə qəhqəhə çəkdiyini görmədim, gülüşü təbəssüm idi. Süfrəsini açanda qulam və xidmətçilərini, hətta qapıçı (və) mehtərini özü ilə süfrəyə əyləşdirərdi."

(Uyuni-əxbari-Rza (ə), c.2, səh.184, səh.7)