5G nədir və sizə necə təsir edəcək?


Digərləri 26 İyl 2018 22:25:00 274 0

5G nədir və sizə necə təsir edəcək?

Supersürətli "5-ci nəsil 5G" rabitə standartı bəzi ölkələrdə gələn ildən tətbiq oluna bilər.

Bəs görəsən bu həyatımıza necə təsir göstərəcək?

Bunun üçün yeni telefona gərək varmı? Rabitə sürəti əvvəlkinə nisbətdə nə qədər fərqlənəcək?

5G texnologiyası nədir?

5G daha öncəki rabitə standartları ilə müqayisədə daha yüksək yükləmə və endirmə sürətinə malikdir.

O, daha geniş əhatə dairəsi və daha sabit bağlantını təmin etməlidir.

4G-dən çoxmu fərqlidir?

Bəli, bu tamamilə yeni radiosiqnal texnologiyasına əsaslanır.

Onun sürəti operatorun seçdiyi avadanlıq, antenlər və ötürücülərə yatırımdan asılı olacaq.

Hazırkı vəziyyətə nisbətdə bu necə imkanlar yaradır?

"Hazırda mobil telefonlarla vasitəsilə etdiyiniz bütün əməliyyatları daha tez və təkmil şəkildə etməyə qabil olacaqsınız", - OpenSignal araşdırma mərkəzinin təhlilçisi Ian Fogg deyir.

"Ən önəmlisi isə bu texnologiyanın öncədən proqnoz etmək iqtidarında olmadığımız yeni xidmətlərə yol açmasıdır".

Yeni telefona ehtiyac varmı?