Azərbaycanda İİVlə bağlı qorxunc statistika


Digərləri 26 İyl 2018 22:05:00 195 0

Azərbaycanda İİVlə bağlı qorxunc statistika

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 306 nəfər İİV-ə yeni yoluxub.

Son.az bakupost.az-a istinadən bildirir ki, onların 298-i (97,4%) Azərbaycan vətəndaşlarında, 8-i (2,6%) isə əcnəbilərdə aşkarlanıb.

Qeydiyyata alınmış 298 Azərbaycan vətəndaşının 193-ü (64,8%) kişi, 105-i (35,2%) qadındır. Bu dövr ərzində 74 nəfər Azərbaycan vətəndaşı QİÇS mərhələsinə keçib, İİV infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib.

2018-ci ilin 6 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşlarının 33-ü (11,1%) parenteral, 173-ü (58,1%) heteroseksual, 20-i (6,7%) homoseksual kontakt nəticəsində infeksiyaya yoluxub, 70 nəfərin (23,5%) yoluxma yolu müəyyənləşdirilməkdədir.