Ürəyi xəstə olanlar bu dərmanlardan uzaq dursunlar


Digərləri 26 İyl 2018 22:05:00 264 0

Ürəyi xəstə olanlar bu dərmanlardan uzaq dursunlar

Tayvandan olan bioloqlar dünyanın ən populyar beş ağrıkəsicisi ilə bağlı tədqiqat aparıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, tədqiqatda ara-sıra təzyiqləri qalxan 56 min insan iştirak edib.

Ekspertlər "böyük beşliyə" daxil olan ağrıkəsicilərin (ibuprofen, diklofenak, naproksen, selekoksiba, mefamin turşusu) insan orqanizminə təsirlərini hərtərəfli şəkildə araşdırıb.

Məlum olub ki, ibuprofen hər 305 nəfərdən birində ürək çatışmazlığına yol açır. Selekoksibin qəbulu zamanı isə hər 105 nəfərdən birində anoloji fəsad izlənilib.