İsrail “Avroviziya”dan məhrum edilə bilər


Dünya 26 İyl 2018 22:07:00 244 0

İsrail “Avroviziya”dan məhrum edilə bilər

Ümumilikdə “Avroviziya” İsrailə 40 milyon dollara başa gələcək

İsrailin "Kan" teleradio korporasiyası xəbərdarlıq edib ki, əgər 5 gün ərzində tədbirin avropalı kuratorlarının hesabına girov məbləği kimi 14 milyon dollar köçürülməsə, İsrail 2019-cu ildə "Avroviziya" mahnı yarışını keçirmə hüququnu itirə bilər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, "Kan" rəhbərliyi bununla bağlı İsrail baş naziri Binyamin Netanyahuya, eləcə də maliyyə və kommunikasiya nazirlərinə məktub göndərib.

Bundan əvvəl Netanyahu xəbərdarlıq edib ki, göstərilən məbləği tədbir təşkilatçılarına ödəməyəcək.