“Jara2018” iştirakçılarının qırmızı xalı üzərində


Digərləri 26 İyl 2018 21:51:00 283 0

“Jara2018” iştirakçılarının qırmızı xalı üzərində

Bakıda "Jara-2018" Beynəlxalq Musiqi Festivalının Rusiya və digər xarici estrada ulduzlarından ibarət iştirakçılarının qırmızı xalı üzərində keçidi baş tutub.

Son.az "Report"a istinadən bildirir ki, qırmızı xalıdan Anna Sedokova, Nikolay Baskov, Qlyuk'oza, Qriqori Leps, Ani Lorak, İnqrid, Stiven Siqal, Aysel, DoReDos, Yeqor Krid və başqaları keçirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara-2018"in fəxri qonaqları arasındadır. Qırmızı xalıdan keçən Leyla Əliyevanı aparıcı "Jara" festivalının muzası kimi təqdim edib. Aparıcının festivalın bu adını daşımağın çətin olub-olmaması ilə bağlı sualına Leyla Əliyeva bundan məmnun qaldığını bildirib və hamıya gözəl axşam arzulayıb.

Şou-biznes ulduzları festivalın yüksək səviyyədə təşkilindən, Bakıda olmaqdan yaşadıqları məmnunluğu ifadə ediblər.


Xəbərə aid fotolar