Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva “Jara2018”in fəxri qonaqları arasındadır


Digərləri 26 İyl 2018 21:33:00 287 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva “Jara2018”in fəxri qonaqları arasındadır

Bakıda "Sea Breeze Resort" istirahət mərkəzində "Jara-2018" Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərində keçidi olub. Qırmızı xalıdan Qlyuk'oza, Qriqori Leps və Cosmos girlrs, Artik & Asti, Soqdiana, Ani Lorak, Sergey Lazarev, Qradusı qrupu, Emin Ağalarov, Sergey Kojevnikov, Lyubov Uspenskaya və başqaları keçiblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara-2018"in fəxri qonaqları arasındadır. Qırmızı xalıdan keçən Leyla Əliyevanı aparıcı "Jara" festivalının muzası kimi təqdim edib. Aparıcının festivalın bu adını daşımağın çətin olub-olmaması ilə bağlı sualına Leyla Əliyeva bundan məmnun qaldığını bildirib və hamıya gözəl axşam arzulayıb.