Bu keçirilən imtahanda səhv sual olub?


Digərləri 26 İyl 2018 21:12:00 271 0

Bu keçirilən imtahanda səhv sual olub?

Bu gün Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul üzrə keçirdiyi II ixtisas qrupunda səhv, iki doğru cavabı olan test tapşırığı olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov iddia edib. O bildirib ki, iki cavabı olan suallar 91 saylı test tapşırığıdır. Onun sözlərinə görə, həmin test tapşırığında verilən sualın hər iki cavabı doğrudur.

Kamran Əsədov, suallar arasında orta ümumtəhsil məktəblərinin dərsliklərində olmayan və ya mübahisəli test tapşırıqlarının oludğunuu da iddia edir.

Təhsil ekspertinin sözlərinə gorə, test tapşırıqlarındakı ziddiyətli suallar bununla bitmir.