Nəsibov evdən çıxdı, qayıdıb nə evini yerində tapdı, nə əşyalarını… FOTO


Digərləri 26 İyl 2018 21:14:00 242 0

Nəsibov evdən çıxdı, qayıdıb nə evini yerində tapdı, nə əşyalarını…  FOTO

Bakıda tikinti-söküntü qalmaqallarının ardı-arası kəsilmək bilmir.

Bakıda tikinti-söküntü qalmaqallarının ardı-arası kəsilmək bilmir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, tikinti şirkəti ilə evindən köçmək istəməyən sakinlər arasında daha bir qarşıdurma  Səbail rayonu, Nizami küçəsi 4, mənzil 4-də (Axundov heykəlinin yaxınlığı) qeydə alınıb.

"Pilot Residence" MTK onun şərtlərlə razılaşmayan Nəsibovlar ailəsinin evdə olmamasından istifadə edərək  iyulun 8-də 7 otaqlı, 2 mərtəbəli evi yerlə-yeksan edib. Evin sahibi Muxtar Nəsibov 18 gündür mənzilindəki təxminən 20 min manat dəyərində olan əşyalarının yerini öyrənə bilmir.

Nəsibov başlarına gələnlər haqda danışıb.  Şikayətçinin sözlərinə görə, şirkət premium yaşayış kompleksinin tikintisi üçün Nizami küçəsində 70-ə yaxın ev söküb.  Onun təxminən 112 kvadratmetr sahəsi olan evini də ölçüb-biçiblər, evin yerində tikiləcək binada mənzil təklif olunub. Amma divarların qalınlığını çıxaraq evin faktiki sahəsinin 25 kvadratmetr az göstərilməsi Nəsibovu narazı salıb.

"Şəhərin mərkəzində bütün sənədləri qaydasında olan iki mərtəbəli evin qiyməti hamıya bəllidir. 20 ildir bu mənzildə yaşayıram, üçüncü mərtəbənin tikintisi üçün rəsmi icazə sənədi də almışdım", -Nəsibov əlavə edir.

Nəsibovlar şirkət tərəfindən tikilən premium yaşayış kompleksində  kommunal xidmət haqqlarının bahalığı, mənzilin faktiki sahəsindən daha az sahəsi olan mənzil təklif edilməsi səbəbindən şirkətlə razılığa gələ bilməyiblər. Sonra şirkətin nümayəndələri ilə təkrar görüş olub, Muxtar Nəsibova deyiblər ki, narahat olmasın, onun evi plana düşməyəcək.


Xəbərə aid fotolar