Azərbaycanlıya işgəncə verən inquş polisləri


Dünya 26 İyl 2018 21:18:00 276 0

Azərbaycanlıya işgəncə verən inquş polisləri

İyulun 27-də Nalçikdə İnquşetiyanın qətllərdə, işgəncələrdə, quldurluqda və sənədlərin saxtalaşdırılmasında ittiham edilən hüquq mühafizə orqanlarının əməkdaşlarına hökm oxunacaq.

Son.az oxu.az-a istinadən bildirir ki, ittiham edilənlərə ümumilikdə 70 il həbs cəzası istənilib. Müttəhimlər kürsüsündə 7 nəfər əyləşib.

Onlardan 6-sı İnquşetiya DİN əməkdaşlarıdır: keçmiş idarə rəisi Timur Xamxoyev (13 il), onun müavini Sergey Xandoqin (6 il), Sunjenski rayonu DİŞ-in rəisi Maqomed Bekov (6 il), əməliyyatçılar Andrey Beznosyuk, İsa Aspiyev və Əlixan Bekov (müvafiq olaraq 10, 10 və 16). FTX əməkdaşı Mustafa Soroyevə 9 il həbs tələb olunub.