Yol polisi reyd keçirib: 30 sürücü, 20 piyadaya cəzalandırılıb VİDEO


Digərləri 26 İyl 2018 21:03:00 235 0

Yol polisi reyd keçirib: 30 sürücü, 20 piyadaya cəzalandırılıb  VİDEO

Mingəçevirdə qayda pozan piyada və sürücülərə qarşı reyd keçirilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, reyd avtomobil və piyadaların sıx hərəkət etdiyi ərazilərdə reallaşdırılıb.

Yoxlamalar zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən və müxtəlif qayda pozuntularına yol verən sürücülər saxlanılıb. Həmçinin, piyada keçidindən istifadə etməyən xeyli sayda sakinə də inzibati protokol yazılıb. Yoxlamalar zamanı çəkilişə mane olanlar da tapilib.

İnspektor Xətai Məmmədov deyib ki, qəzaların qarşısını almaq üçün keçirilən reydlər zamanı 80 maşın saxlanılıb, 30 sürücü, 20 piyadaya protokol tərtib olunub.