Ali məktəblərə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib VİDEO


Digərləri 26 İyl 2018 21:08:00 336 0

Ali məktəblərə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib  VİDEO

Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qruplari üzrə qəbul imtahanı keçirib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 30 mindən çox abituriyent imtahanda iştirak edərək öz bilik və bacarığını sınayıb.

İmtahan prosesinin idarə olunması üçün Dövlət İmtahan Mərkəzində xüsusi operativ qərargah da fəaliyyət göstərib.

Imtahan ümumilikdə ölkə üzrə 11 şəhərdə-Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 49 binada aparılıb. İmtahan bütün şəhərlərdə eyni vaxtda saat 11:00-da başlayıb və 3 saat davam edib. İmtahanda 14993 nəfər II qrup , 16911 abituriyent isə III qrup üzrə ümumilikdə 31904 abituriyent imtahanda iştirak etmək üçün ərizə verib.