ABŞ Türkiyəni iqtisadi sanksiyalarla hədələyir


Dünya 26 İyl 2018 20:45:00 242 0

ABŞ Türkiyəni iqtisadi sanksiyalarla hədələyir

"Əgər rahib Endryu Bransonun azad olunması üçün tədbirlər görülməsə Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq oluna bilər".

Son.az report.az-a istinadən bildirir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

O, bu gün dini azadlıqlar mövzusunda Vaşinqtonda keçirilən konfransda deyib: "Əgər Türkiyə bu günahsız iman adamını dərhal azad edərək evinə göndərməsə, Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı sərt iqtisadi sanksiyalar tətbiq edəcək. Prezident Tramp və mən rahibin ABŞ-a qayıdanadək azad olunması üçün çalışacağıq. O həbsxanada deyil, amma azadlıqda da deyil".