Sergey Kojevnikov: "Jara2018"ə baxanlar ay tutulmasını belə görə bilməyəcək FOTO


Kriminal 26 İyl 2018 20:23:00 317 0

Sergey Kojevnikov: "Jara2018"ə baxanlar ay tutulmasını belə görə bilməyəcək  FOTO

Sabah "Jara-2018"ə baxanlar ay tutulmasını belə görə bilməyəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Bakıda "Sea Breeze Resort" istirahət mərkəzində başlayan "Jara-2018" Beynəlxalq Musiqi Festivalından öncə keçirilən mətbuat konfransında festivalın təşkilatçılarından biri, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikov deyib.

S.Kojevnikov festivalın proqramı barədə məlumat verib və bildirib ki, artıq bütün biletlər alınıb.

Proqrama görə, festivalın ilk günündə artistlərin yığma konserti baş tutacaq, sabah Leonid Aqutin, Vladimir Presnyakov və Valeriyanın yubiley konsertləri keçiriləcək, festivalın 3-cü günündə "Leninqrad" qrupunun konserti olacaq. Festivala Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi ilə yekun vurulacaq.