Filip Kirkorov: "Jara2018" yayın ən başlıca hadisəsidir FOTO


Kriminal 26 İyl 2018 20:03:00 301 0

Filip Kirkorov: "Jara2018" yayın ən başlıca hadisəsidir  FOTO

"Jara-2018" Beynəlxalq Musiqi Festivalında çox gözəl və dolğun proqram təqdim olunacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Bakıda "Sea Breeze Resort" istirahət mərkəzində başlayan "Jara-2018" Beynəlxalq Musiqi Festivalından öncə keçirilən mətbuat konfransında Rusiyanın Xalq artisti Filip Kirkorov deyib.

F.Kirkorov bildirib ki, "Jara-2018" yayın ən başlıca hadisəsidir və yaxşıların yaxşısı - "Jara-2018" Beynəlxalq Musiqi Festivalının şüarıdır.

Bu gün festivalın açılış mərasimində Alekseev, Artik & Asti, A`Studio, Brandon Stone, Burito, DoReDos, Doni, EMIN, Feduk, LOBODA, L`One, Monatik, NK, Natan, Nyusha, Aleksandr Panayotov, Aleksey Çumakov, Ani Lorak, Anna Sedokova, Artyom Pivovarov, Vremya i Steklo, Qlyuk'oza, Qradusı, Qriqori Leps, Yeqor Krid, Klava Koka, MOT, Maks Barskix, Mişa Marvin, Nikolay Baskov, Pitsa, Sergey Lazarev, Slava, Soqdiana, Sultan, Timati, Filip Kirkorov, Elina Çaqa, Yuliya Kovalçuk və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert keçirilir.

İyulun 27-də Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək. Habelə EMIN, The Jigits, Aleksandr Panayotov, Aleksey Çumakov, Anjelika Varum, Ani Lorak, Anna Sedokova, Anya Şulqina, Valeriya, Vladimir Presnyakov, Qlyuk'oza, Qriqori Leps, Danil Buranov, Jasmin, İrina Dubtsova, Kristina Orbakayte, Natali, Natalya Podolskaya, Nikolay Baskov, Slava, Stas Pyexa, Filip Kirkorov, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları tamaşaçılara xoş anlar yaşadacaqlar.