Şoubiznesin “Porsche”li gözəlləri FOTO
Şou-biznes 26 İyl 2018 20:06:00 341 0
Sənət aləminin tanınmış simaları evləri, avtomobilləri ilə tez-tez gündəmə gəlirlər. Onların bir çoxları isə hər zaman bahalı maşına üstünlük verirlər. Son günlər isə bir çox tanınmış xanımın "Porsche" aldığının xəbərlərini eşitdik.
Son.az axşam.az-a istinadən şou-biznesin "Porsche" sürən simalarını təqdim edir: Aparıcı Vüsalə Əlizadə bir müddət əvvəl aldığı "Porsche"sində çəkdirdiyi fotosunu sosial media hesabında paylaşmışdı. uzun müddət maşınsız gəzən aparıcı özünə nəhayət son model avtomobil alıb. Vüsalə bildirib ki, avtomobili kredit deyil. Pulunu isə 3-4 dəfəyə ödəyərək bitirib.
Keçmiş aparıcı Aydan Axundovanın da "Porsche"si var. Amma Aydanın maşını köhnə modeldir.
Müğənni Aysel Əlizadə də hər zaman "Porsche"si ilə gündəmə gəlib. İfaçı bu avtomobilin qarasına üstünlük verir. Əvvəl köhnə modelini sürsə də, bu yaxınlarda dəyişib. Aysel də özünə yeni model "Porsche" alıb.
Xalq artisti Nəzakət Teymurova da 100 minlik "Porsche Cayenne"i ilə fotokameralara tuş gəlib.