“Bank Respublika”nın aktivləri ikinci rübün nəticələrinə əsasən 16% artıb


Digərləri 26 İyl 2018 19:54:06 309 0

“Bank Respublika”nın aktivləri ikinci rübün nəticələrinə əsasən 16% artıb

Bank Respublika cari ilin ikinci rübünün yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.

Bakı. Bank Respublika cari ilin ikinci rübünün yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən Bank ikinci rübdə də bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edir. 1 iyul 2018-ci il tarixinə bankın aktivləri 860 mln. manata qədər çatdırılıb ki, bu da birinci rüblə müqayisədə 16,4% çoxdur. İkinci rübün nəticələrinə əsasən bankın xalis mənfəəti artaraq 640 min manata çatdırılıb. Hesabat dövrünə bankın depozit portfelində cari ilin birinci rübünə nisbətən 23,2%, kredit portfelində isə 13% artım müşahidə olunur.