EMİN: "Jara-2018”də hər bir artist superulduzdur (FOTO)


Digərləri 26 İyl 2018 19:37:19 263 0

EMİN: "Jara-2018”də hər bir artist superulduzdur (FOTO)

"Jara-2018” Beynəlxalq Musiqi Festivalına qatılan hər bir artist superulduzdur.

Bakı. Cani Babayeva - "Jara-2018” Beynəlxalq Musiqi Festivalına qatılan hər bir artist superulduzdur. Trend-in məlumatına görə, bunu bu gün Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində başlayan “Jara-2018” Beynəlxalq Musiqi Festivalından öncə keçirilən mətbuat konfransında festivalın təşkilatçılarından biri, müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov deyib. Emin bildirib ki, festivalın birinci açılış günündə 75 artist çıxış edəcək və onlardan hər biri superulduzdur. Onun sözlərinə görə, festivala 1200 nəfər - artistlər və komanda üzvləri gəlib. Bu gün festivalın açılış mərasimində Alekseev, Artik & Asti, A`Studio, Brandon Stone, Burito, DoReDos, Doni, EMIN, Feduk, LOBODA, L`One, Monatik, NK, Natan, Nyusha, Aleksandr Panayotov, Aleksey Çumakov, Ani Lorak, Anna Sedokova, Artyom Pivovarov, Vremya i Steklo, Qlyuk’oza, Qradusı, Qriqori Leps, Yeqor Krid, Klava Koka, MOT, Maks Barskix, Mişa Marvin, Nikolay Baskov, Pitsa, Sergey Lazarev, Slava, Soqdiana, Sultan, Timati, Filip Kirkorov, Elina Çaqa, Yuliya Kovalçuk və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert keçirilir.