XİN: Dağlıq Qarabağ münaqişəsisinin sülh yolu ilə tezliklə həll edilməsində ən maraqlı tərəf Azərbaycandır


Digərləri 26 İyl 2018 19:08:00 229 0

XİN: Dağlıq Qarabağ münaqişəsisinin sülh yolu ilə tezliklə həll edilməsində ən maraqlı tərəf Azərbaycandır

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsisinin sülh yolu ilə tezliklə həll edilməsində ən maraqlı tərəf Azərbaycan Respublikası və Azərbaycan xalqıdır.

Bakı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsisinin sülh yolu ilə tezliklə həll edilməsində ən maraqlı tərəf Azərbaycan Respublikası və Azərbaycan xalqıdır. Hərbi təcavüzə və işğala məruz qalan tərəf kimi bu müharibədən 25 ildən artıqdır ki, ən çox əziyyət çəkən Azərbaycan xalqıdır. Bunu Trend-in sorğusuna cavab olaraq Ermənistan baş naziri və onun həyat yoldaşının sülh barədə açıqlamalarını şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.