Rəqqasə Aytən: "Toylara çox baha qiymətə gedirəm"


Şou-biznes 26 İyl 2018 18:09:00 290 0

Rəqqasə Aytən: "Toylara çox baha qiymətə gedirəm"

Rəqqasə Aytənin oriental kişi tələbəsi ilə bağlı efirlərdə verdiyi açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Hətta bir çox veriliş aparıcısı oriental rəqqas söhbətinə ağız büzüb.

Son.az xəbər verir ki, oriental rəqqasə Aytən aznews.az-a müsahibəsində onun çox istedadlı oğlan olduğunu, amma sənətdə irəli gedə bilməyəcəyini deyib. -Bu oğlan Sumqayıtdandır. Bir az öncə anası gəldi yanıma, yalvardı-yaxardı ki, "mənim oğlum oriental rəqqas olmaq istəyir, ona kömək et". Mat-məttəl qaldım. Dedim ki, bu sənət sənin oğlun üçün çətin olacaq. Əl çəkmədi ki, götürməlisən, vəssalam. Oğlanın rəqsinə baxdım, gördüm ki, az-çox qabiliyyəti var. 5-6 aydır ki, onunla məşğulam. İndi əməlli-başlı oriental rəqqasdır. Düzdür, bir az arıqdır. Oriental rəqqas və rəqqasə arıq olmamalıdır, silkələnəndə nəsə gözə dəyməlidir. Gözləyirəm ki, oğlan bir az kökəlsin. Onu bir neçə kanallara çıxardacam, qoy Azərbaycan xalqı görsün ki, bizim həm də oğlan oriental rəqqasımız var.

-Bu həvəs onda haradan yaranıb?

-Deyir, mən bu sənəti sevirəm, uzun vaxtdır ki, evdə oynayır. Öz-özünə məşğul olur. Dedim ki, get özünə başqa sənət tap, Azərbaycanda qəbul olunmayacaqsan. Tanınmış rəqqas olmaq istəyir. Amma mən ona dedim ki, cəmiyyət səni qəbul etməyəcək, daşqalaq edəcək. Mən hazırlaşdırım, öz missiyamı başa vurum, sonrası onluqdu. Toy, xına məclislərinə aparıram. Onu artıq yanımda görürlər. Sonra kimsə sifariş versə ki, öğlanı da özünlə gətir aparacam.

-Toy, xına məclislərinin sayı günbəgün azalır. Bunu sizin toy qiymətinizə təsiri olub?