İmran Xan Pakistanda keçirilən seçkilərdə partiyasının qələbə qazandığını elan edib


Dünya 26 İyl 2018 17:56:24 255 0

İmran Xan Pakistanda keçirilən seçkilərdə partiyasının qələbə qazandığını elan edib

Bu ana qədər onun partiyası 272 yerdən 117-nə namizəddir

Ədalət Hərəkatı Partiyasının lideri İmran Xan Pakistan parlamentinin (Milli Assambleya) Aşağı Palatasına ümumxalq seçkilərində rəhbərlik etdiyi partiyanın qələbə qazandığını elan edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Allah mənə Pakistanla bağlı arzularımı gerçəkləşdirmək imkanı bəxş etdi", - İ.Xan deyib.

Bu ana qədər onun partiyası 272 yerdən 117-nə namizəddir.

Ondan sonraPakistan Müsəlman Liqası - Nəvaz Fraksiyası (PML-N) gəlir. Onlar ilkin məlumatlara əsasən, 64 yerə iddia edirlər. Üçüncü sırada isə 37 yerlə Pakistan Xalq Partiyası (PXP) qərarlaşıb.