"Real-ın tarixində ən yaxşı Rauldur"


İdman 26 İyl 2018 17:18:00 302 0

"Real-ın tarixində ən yaxşı Rauldur"

Real-ın müdafiəçisi Daniel Karvaxal maraqlı açıqlamaları ilə yadda qalıb. Goal.az xəbər verir ki, ispaniyalı futbolçu Raulun klub tarixinin ən yaxşı futbolçusu olduğunu bildirib.

“Real tarixinin ən yaxşı oyunçusu Rauldu. Mənim üçün o, çox böyük anlam ifadə edir. Raul akademiyanın məzunu idi. Cəhdləri, çox çalışması sayəsində hər şeyi əldə etmişdi. Sürətli futbolçu olmasa da, həmişə düzgün formada oynayardı. Mənə görə, o, ən yaxşıdır” – deyə, Karvaxal bildirib.

Raul 1994-2010-cu illər aralığında Real-da çıxış edib. Bu müddət ərzində o, 741 matçda meydana çıxıb və 323 dəfə fərqlənib.