İranlı hücumçu Premyer Liqa klubunda


İdman 26 İyl 2018 16:39:00 295 0

İranlı hücumçu Premyer Liqa klubunda

İran millisi və Alkmaar-ın hücumçusu Alireza Cahanbaxş karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Goal.az xəbər verir ki, iranlı forvard Brighton-la 5 illik müqavilə bağlayıb. Onun transferi "qağayılar"a 25 milyon avroya başa gəlib. Bu klubun tarixində ən yüksək transfer məbləği hesab olunur.

Alireza ötən mövsüm Hollandiya çempionatının bombardiri olub. O, 33 oyunda 21 qol vurub. Hücumçu DÇ-2018-də İran yığmasının heyətində olub. İran 4 xal toplasa da, qrup mərhələsini adlaya bilməyib.