Zaqatalada itkin düşən şəxsin meyiti tapıldı


Digərləri 26 İyl 2018 16:16:37 255 0

Zaqatalada itkin düşən şəxsin meyiti tapıldı

Hazırda onun meyitinin dağdan endirilməsi üzrə tədbirlər davam etdirilir.

Bakı. Bu gün Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə davam edən axtarışlar zamanı 21 iyul 2018-ci il tarixində axtarışların aparıldığı ərazidə naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən aşkar olunub.