Bugünkü imtahanda səhv sual olub? FOTO


Digərləri 26 İyl 2018 16:05:00 253 0

Bugünkü imtahanda səhv sual olub?  FOTO

Bu gün abituriyentlərin ali məktəblərə qəbulu üzrə növbəti imtahan keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Dövlət İmtahan Məktəbi tərəfindən keçirilmiş II ixtisas qrupunda səhv, iki doğru cavabı olan test tapşırığı olub.

Bunu təhsil eksperti Kamran Əsədov iddia edib. O bildirib ki, iki cavabı olan suallardan biri də 91 saylı test tapşırığıdır: "Testin A və C bəndlərinin hər ikisi doğru cavabdır. DİM-in mütəxəssisləri iddia edə bilməzlər ki, abituriyent burada tam cavabı seçməlidir. Burda hər iki bənddə doğru cavab var və bu test tapşırığı abituriyentlərin xeyrinə qəbul edilməlidir".


Xəbərə aid foto