2 mindən çox müəllim müsabiqəyə ötənilki balı ilə qatılacaq


Digərləri 26 İyl 2018 16:09:00 245 0

2 mindən çox müəllim müsabiqəyə ötənilki balı ilə qatılacaq

Bu il 2 min nəfərdən çox namizəd müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında iştirak etməyərək müsabiqəyə ötənilki imtahanda topladıqları balla qatılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, bu ildən müəllimlərin işə qəbul imtahanında topladığı bal iki tədris ili ərzində nəzərə alınır:

"Yəni bu il imtahanda iştirak edən namizəd növbəti ildə də həmin göstərici ilə müsabiqədə iştirak edə bilər. Həmin namizədlər birbaşa müsabiqənin 3-cü mərhələsinə - vakant yerlər seçiminə qatıla bilərlər".

M.Camalzadə deyib ki, bu il müəllimlərin işə qəbulu imtahanlarında iştirak etmək üçün 51 minə yaxın şəxs qeydiyyatdan keçib:

"Onların 2 min nəfərindən çoxu sırf bu hüquqlarından istifadə etdi. Yəni həmin şəxslər test imtahanında iştirak etmək istəmirlər və ötən il topladıqları göstəricilər əsasında bu ilki müsabiqədə iştirak edəcəklər".