"70 şəxs barəsində 57 cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə verilib"


Digərləri 26 İyl 2018 15:41:00 273 0

"70 şəxs barəsində 57 cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə verilib"

"Respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülüb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində çıxış edən baş prokurorun müavini - respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

X.Vəliyev bildirib ki, bu xarakterli faktlar üzrə 70 şəxs barəsində 57 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.