“Şərq” bazarının taleyi ilə bağlı


Digərləri 26 İyl 2018 15:45:00 282 0

“Şərq” bazarının taleyi ilə bağlı

Sosial şəbəkələrə "Şərq" bazarın sökülməsi ilə bağlı məlumatlar yayılıb. 

Son.az xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov lent.az-a açıqlama verərək məsələyə aydınlıq gətirib. Ş.İbadov bildirib ki, bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və tam sökülməyəcək: "Şərq Bazarı artıq 5-6 aydır fəaliyyətini dayandırıb. O bina tarixi memarlıq nümunəsidir, bu səbəbdən də sökülə bilməz. Onun içərisindəki konstruksiyalar bərbad vəziyyətə salınıb. Bazarın içərində hərə bir arakəsmə, taxta ilə özünə bir obyekt düzəltmişdi. İndi həmin artıq şeylərin hamısı söküləcək. Ora gözəl bir tarixi memarlıq əsəri kimi başqa təyinatla istifadə olunacaq".