İqtisadiyyat naziri Cocuq Mərcanlıda vətəndaşları qəbul edəcək


Digərləri 26 İyl 2018 15:31:00 296 0

İqtisadiyyat naziri Cocuq Mərcanlıda vətəndaşları qəbul edəcək

İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 27-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Füzuli, Cəbrayıl və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 27-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Füzuli, Cəbrayıl və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edəcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 12:30-dan etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı xüsusi təyinatlı Yol İstismarı İdarəsinin inzibati binasında (ünvan: Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi) keçiriləcək.