Yaponiya millisində yeni baş məşqçi


İdman 26 İyl 2018 15:22:00 321 0

Yaponiya millisində yeni baş məşqçi

Yaponiya millisinin yeni baş məşqçisi müəyyənləşib. Goal.az xəbər verir ki, Asiya ölkəsinin futbol assosiasiyası bu postu Hadzimi Moriyasuya həvalə edib.50 yaşlı mütəxəssis məşqçilik karyerasına 2004-cü ildə başlayıb. 2012-17-ci illərdə Sanfreccee Hirosima klubunda çalışan Moriyasu ötən ildən gənclər yığmasına rəhbərlik edirdi.

Son mundialda 1/8 finala çıxan Yaponiya millisinə Akira Nisino başçılıq edirdi.