Rəis müavinindən səmimi etiraf: Qiyməti qaldırdıq ki... VİDEO


Digərləri 26 İyl 2018 15:17:00 259 0

Rəis müavinindən səmimi etiraf: Qiyməti qaldırdıq ki...  VİDEO

SV vaqonlarda qiymət artımına ehtiyac var idi. Çünki SV-də yer tapmaq olmurdu. Hər gələn, hər yerindən duran gəlib SV-yə bilet alırdı.

Son.az xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov kommersant.az-a açıqlamasında deyib. O bildirib ki, qiymət artımından qabaq SV ilə o biri vaqonlar arasında çox cüzi qiymət fərqi olub:

"O fərqi aradan qaldırmaq üçün qiymət qaldırılıb. SV-yə əsasən imkanlı şəxslər bilet alır".

M.Şıxəmirov kupe və plaskartların qiymətinin artmasına səbəb kimi isə yuxarı və aşağı yerlərin qiymətinin eyni olduğuna görə sərnişinlərin yalnız aşağı yer almasını göstərib:

"Aşağı yerlər alınır, tam qurtarandan sonra digər vətəndaşlar gəlib yuxarı yerləri almağa məcbur olur. Ailə ilə gələn adam 4 yer almalıdır, məlum olur ki, 1 kupedə 4 yer yoxdur - 2 aşağı yer alınıb, 2 yuxarı yer qalıb. Biz aşağı yerin qiymətini qaldırmışıq ki, vətəndaşlar aşağı yer baha olduğuna görə ona üstünlük verməsinlər".