Dünyanı heyrətə gətirən 10 səs "Turetski xoru" Heydər Əliyev Mərkəzində çıxış edəcək


Kriminal 26 İyl 2018 14:51:00 317 0

Dünyanı heyrətə gətirən 10 səs  "Turetski xoru" Heydər Əliyev Mərkəzində çıxış edəcək

Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində "Turetski xoru"nun konserti keçiriləcək.

Son.az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, art qrup Bakı konsertində repertuarında olan ən məşhur kompozisiyaları - dünya klassikasının şedevrlərindən xalq mahnılarına qədər müxtəlif hitləri təqdim edəcək.

"Turetski xoru" 21-ci əsrin musiqi fenomeni, dünyanı heyrətləndirən unikal səsə, geniş vokal imkanlara, aktyor ustalığı və qeyri-adi xarizmaya sahib ifaçıların sinerjisidir.

"Turetski xoru" debütünü 1990-cı ildə edib. Art qrupun yaradıcısı və bədii rəhbəri Rusiyanın Xalq artisti Mixail Turetskidir.

Kollektivin repertuarı sərhədsizdir - onlar dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif əsərlər ifa edirlər. Qrupun ifasında 10-dan çox dildə kompozisiyalar yer alıb.